Case study
Scalini – Bakıda İtalyan restoranı üçün konsept veb sayt
Scalini Baku üçün hazırladığımız konsept, Bakıda yerləşən yüksək səviyyəli İtalyan restoranını rəqəmsal məkanda düzgün təqdim etməyə fokuslanır. Məqsədimiz brend hekayəsini, menyunu, atmosferi və filialları aydın göstərmək və ziyarətçilər üçün rezervasiyanı – istər zəng, istər WhatsApp vasitəsilə – bir neçə addıma endirməkdir.

- Sahə
- Restoran
- Yer
- Bakı
- Növ
- Landing + menyu
- Stack
- Next.js, Tailwind, Framer Motion
Problem və hədəf
Bakıda bir çox restoran Instagram və delivery platformaları vasitəsilə tanınır, amma bu, həmişə brend hekayəsini, menyunu və filialları dolğun göstərmir. Scalini üçün məqsədimiz sadəcə "menyu olan sayt" qurmaq deyildi. Biz "Bakıdakı İtalyan klassiki" imicini gücləndirən, üç əsas ehtiyacı həll edən struktur yaratmaq istədik:
- brend hekayəsi və mətbəx təcrübəsini vizual olaraq göstərmək;
- tam menyunu üç dildə (AZ / EN / RU) rahat oxuna bilən formada təqdim etmək;
- dörd filial üçün ünvan, telefon və "Zəng et / WhatsApp ilə rezervasiya" yollarını çox aydın göstərmək.
Həll – UX və interfeys qərarları
Təcrübəni təqdim edən əsas səhifə
Ana səhifə restoran təcrübəsini hiss etdirməyə fokuslanır: hero hissəsində brend mesajı, qısa "Our Kitchen" bölməsi, atmosferi göstərən fotolar və Chef Elio Scalini haqqında hissə var. İstiqamət çox sadədir: vibe-i gör, mətbəxi tanı, menyuya və ya filial seçiminə keç.
Tam menyu səhifəsi – üç dildə
Menyu ayrıca səhifə kimi qurulub: antipasti, pasta, pizza, dolci, içkilər və s. üçün aydın kateqoriyalar var. AZ / EN / RU dil keçidləri, kateqoriya filtrləri və qiymətlərin aydın göstərilməsi qonaqlar üçün həm yerində, həm də onlayn seçim prosesini asanlaşdırır.
Qalereya – atmosferi göstərən fotolar
Qalereya səhifəsi seçilmiş fotolardan ibarət grid şəklində qurulub. Lightbox rejimi vasitəsilə istifadəçi həm interyer, həm də yeməklərin detallarını yaxınlaşdırıb görə bilir. Məqsəd Scalini-nin sakit, premium atmosferini ekranda da hiss etdirməkdir.
Filiallar və rezervasiya axını
Scalini-nin dörd filialı (City, Port Baku, Şahdağ, SeaBreeze) üçün ayrıca bloklar var: ünvan, xəritə, telefon nömrəsi və hər filial üçün "Zəng et" və "WhatsApp ilə rezervasiya" düymələri. İstifadəçi əvvəlcə restoran təcrübəsini görür, sonra özünə ən yaxın filialı seçib birbaşa əlaqə saxlayır.
Performans və texniki hissə
Sayt Next.js üzərində qurulub və statik generasiya (SSG) sayəsində həm mobil, həm də masaüstü üçün çox sürətli yüklənir. Tailwind CSS yüngül stil qatını təmin edir, Framer Motion isə diqqəti yayındırmadan yumşaq animasiyalar əlavə edir. Layihə Vercel-də host olunur və həm Vercel Analytics, həm də Speed Insights inteqrasiyası ilə real istifadəçi davranışı və performans göstəriciləri (xüsusilə INP – interaction to next paint) izlənilir.
Restoran sahibinin qazancı nədir?
- Müştəri menyunu tapmaq üçün Instagram-da itmir
- Rezervasiya kanalı (WhatsApp) aydın və hər yerdə görünür
- Restoran imici vebdə daha premium və nəzarətli görünür